Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi - FOTO


Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

“Koronavirus BSU-dan da yan keçmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok icində. Hamı kədər icində. Mən ilk dəfə rektorumu belə dərd icində, "necə bir gəlini itirdik", - deyə icin-icin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!”, - deyə prorektor bildirib.

DİGƏR XƏBƏRLƏR

Top