Sabirabadda "Shagman"la "Prado" toqquşub, ölən və xəsarət alanlar var - VİDEO


Sabirabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, "Shagman" yük maşını ilə "Toyota Prado" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - Hüseynov Azər Şakir oğlu və Nigar Məmmədova ölüb. Qeyd edək ki, qəzada ölən A.Hüseynov Sabirabad rayon Mədəniyyət evinin əməkdaşıdır. 

Qəza zamanı xəsarət alan daha 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


//Report

DİGƏR XƏBƏRLƏR

Top