Suraxanı rayonundakı yanğının səbəbi bəlli oldu - YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.
Yeniavaz.com
 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Suraxanı rayonunda açıq ərazidə 300 m2 sahədə quru ot və təkər tullantıları yanıb.
Yanğın saat 16:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***18:00
Bakının Suraxanı rayonunda yanğın başlayıb.

Sosial şəbəkələrdə yayılmış məlumatlarda bildirilir ki, yanğın Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yaxınlığındadır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğın və onun fəsadları ilə bağlı dəqiq məlumat verilmir. 

DİGƏR XƏBƏRLƏR

Top