"Birmingem" Azərbaycan millisinin hücumçusunu icarəyə götürmək istəyir


Azərbaycan millisinin hücumçusu Renat Dadaşov mövsümün sonunda klubunu dəyişə bilər.

Yeniavaz.com Apasport.az-a istinadən xəbər verir ki, "Vulverhempton"un forvardı İngiltərədə daha bir komandanın diqqət mərkəzinə düşüb.

"Koventri"dən sonra indi də "Birmingem" 21 yaşlı oyunçunu mövsümün sonunda heyətinə cəlb etmək fikrindədir. "Vulverhempton"un əsas komandasında hələ də debüt etməyən Renatla bağlı "Birmingem" rəhbərliyi qarşı tərəfə rəsmi müraciət etməyə hazırlaşır. Çempionşip təmsilçisi onu birillik icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, ötən ilin yayında "Vulverhempton"a keçən Renat Dadaşov Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top