Boya zavodunda yanğında FHN-in dörd əməkdaşı xəsarət alıb - RƏSMİ - VİDEO


Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub. 

Səhiyyə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. 

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top