İngiltərədə son 24 saatda 135 nəfər COVID-19-dan dünyasını dəyişdi


İngiltərədə yeni növ koronavirus səbəbilə ölənlərin sayı 44 mini ötüb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədə son sutkada 136 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 519 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, ölkədə COVİD-19 səbəbilə ölənlərin sayı 44 min 131-ə çatıb. Koronavirusa yoluxanların sayı isə 284 min 276 olub. Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə dünyanın 75 ölkəsi ilə hava sərhədlərini açmaq barədə qərar verişdi. Bu, bir çox dövlətlər arasında müzakirələrə səbəb olmuşdu.
İngiltərədə son bir neçə ayda 612 min nəfər işsiz qalıb. Bir çox tanınmış şirkətdən 12 mindən çox işçi işdən çıxarılıb. Hazırda İngiltərədə 9 milyondan çox adam dövlətin pandemiya səbəbilə verdiyi dəstəkdən yararlanır. Koronavirus pandemiyası səbəbilə İngiltərə iqtisadiyyatı 1979-cu ildən bu günə qədər ilk dəfə bu qədər zəifləyib.

DİGƏR XƏBƏRLƏR

Top