Bakıda anadan olmuş tanınmış yazıçı vəfat edib - FOTO

Tanınmış fantast-yazıçı və jurnalist Yevgeni Voyskunski 98 yaşında vəfat edib.

Bu barədə Moskva Yazıçılar Birliyinin saytında məlumat verilib.

Qurum yazıçının oğluna və yaxınlarına başsağlığı verib.

“Biz, onun yazı emalatxanasından olan yoldaşları, gözəl yazıçı və qiymətli insanın həmfikirləri və pərəstişkarları, onun dünyadan köçməsini dərin hüznlə qarşılayır, xatirəsini daim yaddaşlarımızda yaşadacağıq”, - Birliyin yaydığı bəyanatda qeyd olunub.

Y.Voyskunski 1922-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. O, müharibə romanlarının müəllifi kimi tanınmağa başlayıb.

Y.Voyskunski bu əsərlərini 1980-ci illərdə qələmə alıb. Yazıçı II dərəcəli “Vətən Müharibəsi”, “Qırmızı Ulduz”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub, dörd ədəbi mükafat laureatıdır. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top