Nazarbayev azərbaycanlı yazarı təltif etdi - FOTOLAR

Tanınmış yazar Əkbər Qoşalı Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevin 03 iyul 2020-ci il tarixli təqdimatı, qardaş ölkənin lideri, Elbaşı Nursultan Nazarbayevin imzası ilə medalla təltif edilib.

Yeniavaz.com "musavat"a istinadla xəbər verir ki, Qazaxıstanın Elbaşı Nursultan Nazarbayevin imzası ilə verilən medal, məhz Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun başqanlığı ilə fəaliyyət göstərən Qazaxıstan Xalqı Assambleyasının yaradılmasının 25 illiyi münasibəti ilə təsis olunub.

Qeyd edək ki, Əkbər Qoşalı, bundan öncəki illərdə, qardaş ölkənin nüfuzlu “ALAŞ” Beynəlxalq Ədəbi Mükafatına, Tölegen Ayberqanov Ədəbi Mükafatına və “Gültekin” medalına, habelə Qazaxıstan Mədəniyyət-İdman Nazirliyinin “Fəxri Fərmanı”na da layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top