İranda koronavirusdan ölənlərin sayı yenidən artdı


İranda yeni növ koronavirus səbəbilə ölənlərin və yoluxanların sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, İranda son sutkada 154 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 2 min 556 nəfər isə həmin xəstəliyə yoluxub. Son rəqəmlərə görə İranda bu günə qədər 236 min 429 nəfər yeni növ koronavirusa yoluxub, 11 min 260 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. 196 min 446 nəfər isə müalicə edilərək sağaldılıb. Qeyd edək ki, may ayında İranda pandemiya səbəbilə ölənlərin sayı 30-a qədər enmişdi. İyun ayının əvvəlindən başlayaraq koronavirusdan gündəlik ölüm sayı 70-dən yuxarı oldu. İyul ayının əvvəlindən başlayaraq isə ölüm halları yenidən artaraq 150-160 arasında dəyişməyə başladı.

DİGƏR XƏBƏRLƏR

Top