Hacıqabulda qəza: Ata öldü, oğlu yaralandı


Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, hadisə iyulun 3-də baş verib.
Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top