62 yaşlı qadın daşla döyüldü - Hacıqabulda


Hacıqabul sakini evində daşla döyülüb.
Hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.
Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb.
Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top