Azərbaycanda yaşayan gürcülər universitetlərə imtahansız qəbul olunacaq


Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaqlar.
Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.
Qərar vahid milli imtahanlar üçün qeydiyyatdan keçən və yaranmış vəziyyətə görə Gürcüstana gedə bilməyən həmvətənlərə şamil olunacaq.
Qərara əsasən, Azərbaycanda yaşayan 70-ə yaxın gürcü abituriyentin ali təhsili dövlət hesabına maliyyələşdiriləcək. Gürcüstan hökumətinin müvafiq qərarı Azərbaycanda yaşayan soydaşların dəstəklənməsinə yönəldilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top