Braziliyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb
Yeniavaz.com “worldometers”-ə istinadla xəbər verir ki, Braziliyada son sutka ərzində 41 min 988 nəfər koronavirusa yoluxub, 1264 nəfər isə dünyasını dəyişib.
Nəticədə həmin ölkədə COVİD-19 səbəbilə dünyasını dəyişənlərin ümumi sayı 1 milyon 543 min 341, ölənlərin sayı isə 63 min 254 nəfərə çatıb. 978 min 615 nəfər isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, bu günə qədər dünyada 11 milyon 198 min 209 nəfər COVİD-19-a yoluxub, 529 min 212 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.