ABŞ-ın 7 ştatında koronavirusa yoluxma kəskin artdı - 53 min 483 yeni yoluxma


ABŞ-da son 24 saat ərzində 53 min 483 nəfərə koronavirus diaqnozu qoyulub.
Yeniavaz.com "Sözcü" yə istinadən xəbər verir ki, kəskin artım ölkənin Alabama, Alyaska, İdaho, Mississippi, Şimali Karolina, Cənubi Karolina və Tennessi kimi 7 ştatında qeydə alınıb. 
ABŞ-da ümumilikdə yoluxma sayı 2 milyon 890 min nəfəri ötüb. 
Səhiyyə Nazirliyinin verdiyi məlumatda ştatlardakı günlük yoluxma sayının anidən artdığı bildirilib.
ABŞ prezidenti Donald Tramp, "Twitter" hesabında gənclərin xəstəlikdən tez sağaldıqlarını deyib. O, ölkədəki yoluxmanın sürətlə artmasını da qiymətləndirib. Onun sözlərinə görə yoluxmanın sürətlə artmasının səbəbini ölkədə testlərin yaxşı edilməsilə əlaqələndirib. Tramp bunun yaxşı xəbər olduğunu diqqətə çatdıraraq, bundan da yaxşı xəbərin ölüm faktının azalmasıdır deyə vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top