"Qızdırması düşmüşdü, amma təngnəfəs idi" - Etibar Babayevin xanımı - VİDEO

Xəbər verdiyimiz kimi AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev koronavirusdan vəfat edib. Bu gün mərhum dəfn olunub.

Yeniavaz.com xəbər verir ki, dəfn mərasimində Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib:

“İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördüm ki, artıq qızdırması yoxdur, 37,1 idi. Amma nəfəs almağı xoşuma gəlmirdi, təngnəfəs idi. Həkimlə məsləhət elədir. Məsləhət gördülər ki, ağciyərin KT-si (kompüter tomoqrafiyası) edilsin və bu diaqnoz çıxdı”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top