Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, məlumata əsasən bu gün 7137 test edilib, ümumilikdə ölkədə 502 965 test aparılıb.
8212 nəfər aktiv koronavirus xəstəsi var, onlardan 267 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 395 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.