Rusiyada MiQ-31 qırıcısını dörd manata "satan" məmur həbs edilib

Rusiyanın Dövlət Ehtiyatları Federal Agentliyinin (Rosrezerv) Volqa federal mahalı üzrə keçmiş əməkdaşı Andrey Silyakov dörd ədəd MiQ təyyarəsinin oğurlanmasına görə 11 il müddətinə həbs edilib.

Onun axtarışları 9 il çəkib. Silyakov hazırda Nijni Novqorodda təcridxanadadır və cinayət işinin materialları ilə tanış olur.

Məlumata görə, Silyakov təyyarələrin özlərini deyil, onların korpuslarını, həmçinin səfərbərlik ehtiyatında olan 35 min tondan çox mazutu oğurlayıb və Rusiya dövlətinə ümumilikdə 1,3 milyard rubldan (30,9 milyon manat) çox ziyan vurub.

Belə ki, 2007-ci ildə dövlət ehtiyatlarından detalların genişmiqyaslı satışı həyata keçirilib. Satışa o cümlədən dəmir lövhələr və metal çubuqlar çıxarılıb. Silyakov bu siyahıya "montaj qovşağı" adı ilə dörd detal da əlavə edib. Bunlar əslində MiQ-31 qırıcıları olub. Məmur hər qırıcını 153 rubla (3,64 manata) satıb.

Qeyd olunur ki, cinayətkar qırıcıları dostunun şirkətinə, sonra isə yenidən "Sokol" zavoduna bazar qiyməti ilə satıb.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top