Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı - RƏSMİ AÇIQLAMA


“Hazırda Azərbaycanda 267 nəfər koronavirus xəstəsi reanimasiya şöbəsində müalicə alır və onlardan 59 nəfərinə süni tənəffüs cihazı qoşulub”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, Azərbaycanda 503 minə yaxın koronavirus testi icra edilib:
“İndiyə qədər 19 min 267 yoluxma halı aşkarlanıb, 235 nəfər ölüb. Sağalan vətəndaşlarımızın sayı 10 min 820 nəfərdir. Hazırda 8 min 212 nəfər aktiv xəstə var”.

DİGƏR XƏBƏRLƏR

Top