Yevlaxda ikinci əkinlər zamanı 500 hektar qarğadalı becərilməsi planlaşdırılır


Əvvəlki illərdə fermerlər taxıl yığımından sonra kövşənlikləri yandırıb payız əkininə hazırlaşırdılar. Son iki ildə isə təsərrüfatçılar biçin sona çatdıqdan sonra dərhal torpağı şumlayıb ikinci əkini həyata keçirirlər. Elə bu məqsədlə bu il Yevlaxda ikinci əkin olaraq 500 hektar qarğıdalı becərilməsi planlaşdırlıb.
Yeniavaz.com
xəbər verir ki, Yevlax isti iqlimi ilə seçilidiyindən buğda, arpa yığımı bu rayonda daha tez aparılır. Məhsul yığımı başa çatdıqdan sonra, sahələr yandrılmadan şumlanaraq ikinci əkinə hazırlanır. Qaydalara uyğun olaraq torpağa qarğıdalı, soya və çəltik əklilir. Rayonun Qoyunbinəsi kənd sakini  fermer İsa İsmayılov bu il 50 hektar qarğıdalı bitkisinin əkini aparıb.
Məhsuldarlığı ilə seçilən qarğıdalı bitkisi, həm də rahat becərilməsi ilə seçilir. Bu il Yevlax rayonunda 500 hektar qarğıdalı əkini planlaşdırılır. Ötən il isə bu rəqəm cəmi 64 hektar olub. Artıq rayonda 200 hektar ərazidə səpin aparılıb.
Mütəxsislər təkrar əkinin daha əhəmiyyətli, həmçinin fermer üçün xeyrli olduğunu bildirirlər. Çünki tez yetişən bitkilərin toxumu ikinci əkin olaraq torpağa basdırılır ki, bu da payızlıq əkinə qədər bol məhsul götürməyə şərait yaradır.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top