Azərbaycanda jurnalist koronavirusa yoluxduğunu açıqladı: "Özünüzü qoruyun..." - FOTO

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub. 

Yeniavaz.com xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə yazıb. O bildirib ki, artıq buna görə xəstəxanada müalicə alır. "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir.

DİGƏR XƏBƏRLƏR

Top