Myanmada sürüşmə olub, 160 nəfər ölüb - Dəhşətli hadisənin VİDEOSU


Myanmada nefrit daşı çıxarılan mədəndə şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi baş verib, ən az 160 nəfərin həyatını itirdiyini bildirilib.
Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, hadisə Kaçin əyalətinə bağlı Hpakant bölgəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Hadisənin  qeydə alındığı videoda sürüşən torpağın su ilə dolu nəhəng bir çuxura düşdüyü görülür. Bundan sonra kraterdəki sular palçığa qarışaraq dərəni doldurur.
Cəsədələrin kimliyi hələ müəyyənləşdirilməyib.
Polis şiddətli yağış səbəbindən insanlara mədənə yaxınlaşmamasını tövsiyə edib. Bunun mədəndə çarəsiz vəziyyətdə qalan insanların qurtarılması üçün də vacib olduğu vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top