Koronavirusdan sağalanların sayı 6 milyonu keçdi


Dünyada müalicə edilərək yeni növ koronavirusdan sağalanların sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-dan sağalanların sayı 6 milyon 150 min 606 olub.
Qeyd edək ki, koronavirusa yoluxan və ölənlərin sayında da artım olub. Belə ki, yoluxanların sayı 10 milyon 991 min 872-ə, ölənlərin sayı isə 524 min 176-ya çatıb.
Xatırladaq ki, dünyada yoluxma sayına görə birinci sırada ABŞ dayanıb. Orada 2 milyon 837 min 189 nəfərdə koronavirus aşkarlanıb, 131 min 485 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. İkinci sırada isə Braziliyadır. Həmin ölkədə 1 milyon 501 min 353 nəfər COVİD-19-a yoluxub, 61 min 990 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top