Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO


Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Aeroport şossesində qeydə alınıb.

Şəxsiyyəti hələlik naməlum olan və təxminən, 40-45 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib. Bu zaman onu "Toyota" markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Xəzər Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.


APA

DİGƏR XƏBƏRLƏR

Top