İlk dəfə koronavirusun qolları görüntüləndi - VİDEO


 
San-Fransisko universitetinin tədqiqatçıları yeni növ koronavirusun (COVID-19) yaxından çəkilmiş yeni video görüntülərini təqdim edib.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, tədqiqatçılar virusun dəniz ulduzlarının qollarına bənzər qolları olduğunu açıqlayıblar. Yoluxmuş hüceyrələrdən əmələ gələn bu qollar çox güclü elektron mikroskoplarla əldə edilib. Tədqiqat qrupunun rəhbəri professor Nevan Kroqan, virusun nazik uzun qolları vasitəsilə hüceyrədən hüceyrəyə keçdiyini bildirib.
Görüntülənən bu qollar, əvvəlcə hüceyrələri ələ keçirib, sonra həmin qollar vasitəsilə digər hüceyrələrə uzanır və beləcə bütün hüceyrələri işğal edirlər. Xəstəliyə səbəb olan bu tip qollar daha əvvəllər də viruslarda görülüb. Ancaq tədqiqatçılar ilk dəfə yeni növ koronavirusda bu qədər çox qol qolun uzanmasının şahidi olduqlarını açıqlayıblar. Virusun son görüntüləri eyni zamanda alternativ müalicə üsullarını da gündəmə gətirib.
Tədqiqatçılar virusun hüceyrəyə necə təsir etdiyini göstərən bu ixtiranın ardından xərçəng xəstələri üçün nəzərdə tutulmuş bəzi dərmanların istifadə olunma ehtimalını müzakirə obyektinə gətiriblər.



 

DİGƏR XƏBƏRLƏR

Top