Meksikada reabilitasiya mərkəzinə silahlı hücum olub - 24 nəfər öldürüldü


Meksikanın Quanaxuato ştatının İrapuato şəhərində narkotika istifadəçilərinin müalicə aldığı reabilitasiya mərkəzinə silahlı hücum olub.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Quanaxuato ştatının təhlükəsizlik naziri Pedro Kortes Zavala, Meksikanın İrapuato şəhərində yerləşən reabilitasiya mərkəzinə edilən hücumda 24 nəfərin öldüyünü, 7 nəfərin isə yaralandığını bildirib. Nazir hücumu təşkil edənlərin ağır silahlarla silahlandırıldıqları bildirib.
Hadisə yerinə yerli polis, Milli Qvardiya (GN) qüvvələri , təcili yardım və tibbi ekspertiza (Semefo) cəlb edilib.
Quanaxuato ştatının prokuroru Karlos Zamarripa, cinayəti araşdırmaq üçün xüsusi bir heyət təyin etdiyini açıqlayıb.
Bu, 19 ay əvvəl vəzifəsinin icrasına başlayan prezident Andres Manuel Lopez Obradorun vəzifəsi dövründə qeydə alınan ən ağır cinayət hadisəsi olub.
Qeyd edək ki, keçən ilin iyun ayında İrapuato şəhərində başqa bir reabilitasiya mərkəzinə də hücum edilmişdi. Nəticədə, 10 nəfər dünyasını dəyişmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top