Entoni Fausi: “ABŞ-da gündəlik yoluxma 100 minə çata bilər”


“İndiki artımın qarşısı alınmasa, günlük yoluxma faktı 100 minə çatacaq”
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri, ABŞ-ın Koronavirusla Mübarizə Qrupunda yer alan Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fausi deyib. 
ABŞ senatında COVID-19 hadisəsi ilə bağlı iclasda çıxış edən Dr. Fausi həmçinin bildirib ki, fikirlərimizi təkcə yoluxma hallarının çox olduğu ştatlara kilidlənməməliyik, bu problem, bütün ABŞ üçün təhlükə yaradır. Fausi, ABŞ-dakı gündəlik yoluxma hallarının 40 mindən çox olduğunu nəzərə çatdırıb. İnstitutun direktoru yoluxmanın 50 faizinin Texas, Florida, Kaliforniya və Arizona kimi böyük ştatlarda yayılmasının ürək açan olmadığını və gedilən istiqamətin səhv olduğunu vurğulayıb. Bir senatorun Fausiyə COVID-19-un kollektiv immunitet qazanıb qazana bilməyəcəyinə dair verdiyi sualına belə cavab verib: "Hələ bu mövzuda dəqiq məlumatımız yoxdur. Buradakı əsas məsələ bu problemin nə qədər davam edəcəyidir. ABŞ COVID-19 epidemiyasından ən çox zərər çəkən ölkə olaraq qalır. ABŞ-da koronavirusa yoluxma halları son həftələrdə yenidən artıb. Ölkədə ilk vaxtdan bu günə kimi ümumi yoluxma sayı 2 milyon 779 min 953 nəfər olub. 130 min 798 nəfər isə dünyasını dəyişib. 
Qeyd edək ki, heç nəyə baxmayaraq, ABŞ Prezidenti Donald Trump, 4 İyul Müstəqillik Günü ilə bağlı Cənubi Dakotanın Ruşmor dağında keçiriləcək şənliyə qatılacaq. Şənliyə xeyli sayda insanın qatılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top