Son iki həftə ərzində Avstraliyada yoluxma sayının artması səbəbindən Melburn şəhəri ətrafında karantin elan olunmasına qərar verilib.
Yeniavaz.com “DHA” agentliyinə istinadən xəbər verir ki, karantin qərarı 30-dan çox yaşayış yerində tətbiq olunacaq.
Karantin çərçivəsində yaşayış yerlərinin sakinlərinə market alış-verişi, səhiyyə xidmətləri və əsas ehtiyacları xaricində evlərindən çıxmamaları tövsiyyə olunub.
Ölkədə son 24 saatda yoluxmaların sayı 87-yə yüksəlib.
Onlardan 73-ü Viktoriya şəhərində, 14-ü isə Yeni Cənubi Uelsdə qeydə alınıb.