Çində ortaya çıxan yeni virus barədə vacib məlumatlar AÇIQLANDI


Çində donuzlardan insanlara keçə bilən yeni virusun daha təhlükəli olduğu bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Çində aşkarlanan yeni virus barədə vacib detallar açıqlanıb. Araşdırmaçıların sözlərinə görə, donuzdan insana keçə bilən həmin virusun insandan insana keçməsi faktı hələlik təsdqilənməyib. G4 EA H1N1 adı verilən yeni virusun 2009-cu ildə Meksikada ortaya çıxan və 800 min nəfərə yoluxan H1N1 virusu ilə oxşar quruluşa sahib olduğu bildirilib. Təzə ortaya çıxması səbəbilə həmin xəstəliyə qarşı insan orqanizminin müdafiəsiz olması ən təhlükəli məqamlardandır. Alimlər həmçinin vurğulayıb ki, G4 EA H1N1 də digər viruslar kimi mutasiyaya uğraya və kütləvi şəkildə yayıla bilər. Aparılan müşahidələr nəticəsində həmin virusun xüsusilə nəfəs borusunda olan hüceyrələrə bağlana bildiyi məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top