Braziliyanın cənubunda fırtına 10 nəfərin ölümünə səbəb oldu


Braziliyanın cənubunda baş vermiş fırtına nəticəsində 10 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Yeniavaz.com
İHA-ya istinadən xəbər verir ki, fırtına nəticəsində ölkənin Santa Katarina əyalətində 9, Rio Qrandi do Sul əyalətində isə 1 nəfər dünyasını dəyişib.
Parana əyalətində küləyin sürəti saatda 120 km çatıb. Fırtına Kuritiba əyalətində ağaçları kökündən çıxarıb, damları uçurub. Ən az 193 min evin elektrik enerjisiz qaldığı bildirilib. Sao Paulo əyalətinin Peruibe limanında olan 7 qayıq və 2 yaxtanın battığı xəbər verilib.
Sao Paulo Təcili Yardım Mərkəzi, dalğaların bəzən 7 metrə çatdığını bildirərək, vətəndaşları dəniz sahilindən uzaq olmağı tövsiyyə edib.
Milli Meteorologiya İnstitutu (Inmet) tərəfindən "Ekstratropik siklon bombası" adlandırılan fırtınaya, atmosfer təzyiqinin sürətli azalmasının səbəb olduğu bildirilib. İnmet, havanın temperaturunun 45 dəqiqə ərzində 9 dərəcəyə düşdüyünü və 1,5 saat ərzində güclü yağışın yağdığını açıqlayıb.
Ölkənin cənub əyalətlərini təsiri altına fırtına səbəbiylə xalqa xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top