Goranboyda əkilən bu bitkidən alınan yağın bir qramı 150 avrodur - FOTO


“Lavanda bitkisinin çiçəyindən və gövdəsindən alınan yağın 1 qramı dünya bazarında 150 avroya təklif edilir”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Kənd Təsərrüfatı Naziriliyinin Goranboyda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstutunun nəzdində fəaliyyət göstərən arıçılıq mərkəzinin rəisi Samir Mahmudov deyib. O bildirib ki, arıçılıq mərkəzində qiymətli bitkidən 3 hektar əkilib:
“Xüsusi qulluq göstərilən lavanda hazırda çiçəklənmə dövründədir. Becərilən bitkidən arılar bol nektar götürür. Bundan sonrakı mərhələdə isə lavanda, sahədən əl əməyi ilə toplanaraq qurudulur. Bahalı bitkinin qurusu qablaşdırlır, həmçinin ondan su və yağ hazırlanır”.
Mərkəzin laborantı Günəş Ələsgərova isə bildirdi ki,  Goranboyda ilk dəfə becərilən lavanda bitkisinin gələcəkdə daha geniş ərazidə yetişdirlməsi planlaşdırlır: “Həmçinin bitkidən alınan lavanda suyu və yağının satışının da genişləndirilməsi nəzərdə tutulur”.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top