Bakıda 29 yaşlı gənc iş qadını anidən öldü - Valideynləri koronavirusa yoluxmuşdu


Azərbaycanda gənc iş xanımı ürəktutmadan dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıblar. Məlumata görə, 29 yaşlı Ülkər İskəndərova iki gün öncə yatıb, yuxudan oyanmayıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi qeyd olunub. İki qız övladı sahibi olan Ülkər İsgəndərova “İnstagram”da bir neçə il idi ki, nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul olurdu. Onun 76 mindən çox  “nazli_design” adlı səhifəsi var idi.
Qeyd edək ki, Ülkər İskəndərovanın atası və anası da ixtisasca həkimdir. O, bir neçə gün bundan öncə valideynlərinin koronavirusa yoluxduğunu, atasının ağır vəziyyətdə reanimasiyada, anasının orta ağır vəziyyətdə olması ilə bağlı məlumat paylaşmışdı.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top