Ziya Məmmədovun qardaşı oğlu barədə yayılan xəbərdən DANIŞDI - YENİLƏNİB


"Oğlanlarım ömrü boyu içki içməyib".

Yeniavaz.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.  

Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:

"Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yalnış məlumat verirlər?". 

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.


***10:24

Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb.

Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd edək ki, Aynar Məmmədov sabiq deputat Elton Məmmədovun oğlu, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top