Lerikdə avtomobil dağdan aşıb - 3 nəfər ölüb

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top