Bakıda əri ilə mübahisə edən qadın özünü beşinci mərtəbədən atıb

Bakının Qaradağ rayonunda qadın özünü binadan yerə atıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top