Bu il manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? - SİYAHI


Dünyada sürətlə yayılmaqda olan COVİD-19 koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatında böhran müşahidə olunmaqdadır.
Yeniavaz.com
 xəbər verir ki, böhran səbəbindən ayrı-ayrı ölkələrə məxsus milli valyutalar beynəlxalq ticarətdə əsas mübadilə vasitəsi olan ABŞ dollara qarşısında sürətlə ucuzlaşmaqdadır.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın əsas ticarət tərafdaşı olan ölkələrin əksəriyyətinə məxsus valyutalar da dollar qarşısında dəyərdən düşüb. Buna paralel olaraq dollar qarşısında məzənnəsini sabit saxlayan Azərbaycan manatı bu ölkələrin milli valyutaları qarşısında bahalanıb.
Aşağıdakı cədvəldə Azərbaycan manatının bu ilin ilk 5 ayı ərzində əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında nə qədər bahalandığı qeyd olunub.
Ölkələr və valyutalar Yanvar 2020-ci il May
2020-ci il
Fərq
ABŞ - dollar 1,7000 1,7000 -
Avropa Birliyi - avro 1,8895 1,8517 2 %
İngiltərə - funt-sterlinq 2,2235 2,0913 5,9 %
Türkiyə - lirə 0,2872 0,2454 14,5 %
Gürcüstan - lari 0,5908 0,5312 10,1 %
Ukrayna - qrivna 0,0704 0,0635 9,8 %
Rusiya - rubl 0,0275 0,0233 15,3 %
Belarus - rubl 0,8034 0,7019 12,6 %
Qazaxıstan – tengə 0,0045 0,0040 11,1 %
Çin - yuan 0,2455 0,2395 2,4 %
 
Məlumat üçün bildirək ki, qeyd olunan ölkələrin milli valyutalarının manat qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər. Amma, eyni zamanda da belə vəziyyət bu ölkələrə ixrac etdiyimiz məhsulların bahalaşması deməkdir. Nəticədə həmin ölkələrin daxili bazarında bizim məhsulların rəqabət qabiliyyəti azalmış olur və bu da yerli istehsala və ölkənin ixracına mənfi təsir edir.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top