Azərbaycanda TIR-ın törətdiyi qəzanın görüntüləri yayılıb - VİDEO

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində dünən baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə zamanı TIR üç avtomobili əzib. 

Qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub. 

Qəza zamanı TIR əvvəlcə yol kənarındakı dəmirlərə, daha sonra park halında olan BMW, “Mercedes” və “VAZ-2199” markalı avtomobillərə çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı əzilən avtomobillərdə heç kim olmayıb. 

Qəza anı təhlükəsizlik kameralarına əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top