Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli həyat yoldaşı Doğuş Xəzər TV-də veriliş aparacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə elə həmin kanalda efirə gedən "5-də 5" verilişinin aparıcısı Zaur Kamal məlumat verib.
O bildirib ki, məşhur müğənni kanal rəhbəri ilə razılığa gəlib və yay mövsümü boyunca “Doğuş şou” adlı proqramın aparıcılığını edəcək.
Verilişdə canlı ifalar, telefon zəngləri və qonaqlarla müzakirələr yer alacaq.

Tətbiqimizi yükləyə bilərsiniz