Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi AÇIQLANDI


Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb, belə ki,  Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.
Yeniavaz.com xəbər verir ki, "SOCAR Petroleum" şirkətindən APA-ya bunun səbəbi haqqında məlumat verilib. Bildirilib ki, bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır.
Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.
Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

DİGƏR XƏBƏRLƏR

Top