Messi karyerasında 700-cü qolunu vurub


Futbol üzrə Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.

Hücumçu İspaniya La Liqasının 33-cü turunun Madrid "Atletiko"su ilə matçında 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. 

Qeyd edək ki, hazırda matçın 2-ci hissəsi gedir. “Barselona” 2:1 hesabı ilə öndədir. 

Messi "Barselona"da keçirdiyi 724 matçda 630 qol vurub. Onun hesabında həmçinin Argentina yığması heyətində 138 matçda 70 qol var.//Report

DİGƏR XƏBƏRLƏR

Top