Tehranda partlayış olub - VİDEO

İranın paytaxtı Tehranın şimalında partlayış baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış tibbi klinikada baş verib. Partlayış və yanğın nəticəsində azı 13 nəfər həyatını itirib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Partlayışın səbəbi hələ ki, məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top