Çində daha bir yeni virus növü barədə xəbərdarlıq edildi - Hələlik təhlükəli deyil, ancaq...


Çində daha bir təhlükəli virus növü aşkarlanıb.
Yeniavaz.com
“Hürriyet”ə istinadla xəbər verir ki, Çinli alimlər donuzlarda rast gəlinən təhlükəli virusun insanlara yoluxa biləcəyi barədə xəbərdarlıq ediblər. Araşdırmaçıların sözlərinə görə, yeni ortaya çıxan virus mutasiyaya uğrayaraq insanlar arasında yayıla və kütləvi ölümlərə səbəb ola bilər. “G4 EA H1N1” adı verilən virusun nəfəs yollarında çoxala bildiyi aşkarlanıb. Çində donuz əti istehsalı fabrikində işləyən bəzi şəxslərin həmin xəstəliyə yoluxduğu bildirilib və adi qripə qarşı tətbqi edilən müalicənin bu virusa qarşı təsirli olmadığı deyilib. Hazırda bu barədə araşdırmaların davam etdiyi bildirilib. Faktla bağlı hələlik ÜST-dən heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top