Hindistanda sel səbəbilə 1 milyondan çox insan evini tərk etdi - VİDEO


Hindistanın Assam əyalətində davamlı yağan yağışlar nəticəsində meydana gələn sel səbəbilə 2 min kəndi su altında qalıb, 2 nəfər boğulub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sel səbəbilə 1 milyondan çox insan yaşayış yerini tərk edib. Əyalətdəki 33 şəhərdən 23-ü su altında qalıb.
Verilən proqnoza əsasən yaxın 3 gün ərzində bölgədə aramsız yağışlar yağacaq. Yağışlar davam edəcəyi təqdirdə Brahmaputra çayında suyun səviyyəsinin qalxması və sel təhlükəsinin daha da artması gözlənilir.
Qeyd edək ki, ölkədə 1 milyondan çox insanın evsiz qalması yeni növ koronavirusa yoluxma riskini də çoxaldıb. Bu halın qarşısının alınması məqsədilə insanlar, sosial məsafə qaydalarının qorunması şərtilə sığınma düşərgələrinə yerləşdiriliblər.
YUNESKO-nun Ümumdünya İrs Siyahısında qeydiyyatda olan və dünyada böyük tək buynuzlu kərgədanlara ev sahibliyi edən Kaziranqa Milli Parkının da sel suları altında qaldığı bilirilib.


Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top