Xəbər veriyimiz kimi, Milli Məclisin dünən baş tutan iclasında karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska) istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin 2 dəfə artırılmasına qərar verilib.
Yeniavaz.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.
Bundan başqa, bu xətanın təkrar törədilməsinə görə nəzərdə tutulan cərimələr də iki dəfə artırılıb. Bu cərimələrin miqdarı fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər 800 manat məbləğində olacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklik insanlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən belə görünür ki, insanların müəyyən bir hissəsi cərimələrin yüksək olmasından narazılıq ediblər.
Məlumat üçün bildirək ki, maska taxmaq tələbini pozanlara qarşı tətbiq olunan cərimələrin məbləğinə görə Azərbaycan region ölkələri arasında ilk sıralard qərarlaşıb.
Yeniavaz.com region ölkələrində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslərə tətbiq olunan cərimələri təqdim edir:
ÖLKƏLƏR | CƏRİMƏLƏR | ||
MANAT | MİLLİ VALYUTA | ABŞ DOLLARI | |
Ukrayna | 1 070 manat | 17 000 qrivna | 630 dollar |
Türkiyə | 225 manat | 900 lirə | 132 dollar |
Azərbaycan | 100 manat | 100 manat | 59 dollar |
Rusiya | 95 manat | 4 000 rubl | 56 dollar |
Qazaxıstan | 59 manat | 14 000 tengə | 35 dollar |
Ermənistan | 35 manat | 10 000 dram | 20 dollar |
Qırğızıstan | 22 manat | 1 000 som | 13 dollar |
Gürcüstan | 11 manat | 20 lari | 6,5 dollar |
Onu da bildirək ki, Azərbaycan region ölkələrində 3 qatlı və simli tibbi maskanın orta qiymətini görə orta sıralarda qərarlaşıb.
ÖLKƏLƏR | MANAT | MİLLİ VALYUTA | ABŞ DOLLARI |
İran | 9 qəpik | 800 tümən | 5 sent |
Türkiyə | 25 qəpik | 1 lirə | 15 sent |
Gürcüstan | 28 qəpik | 0,5 lari | 16 sent |
Azərbaycan | 30 qəpik | 30 qəpik | 18 sent |
Qazaxıstan | 34 qəpik | 80 tengə | 20 sent |
Rusiya | 37 qəpik | 15 rubl | 22 sent |
Belarus | 42 qəpik | 0,60 rubl | 25 sent |
Ermənistan | 42 qəpik | 120 dram | 25 sent |
Ukrayna | 50 qəpik | 8 qrivna | 30 sent |
A. Cəfərov