Həbs olunan keçmiş prezident Atambayev xəstəxanalıq oldu


Qırğızıstanda həbs olunmuş keçmiş prezident Almazbek Atambayev sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, məlumatı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat Mərkəzi yayıb. Açıqlamada deyilir ki, keçmiş prezident özünü pis hiss etdiyi üçün xəstəxanada yeni  növ koronavirus testindən keçirilib. Nəticə neqativ çıxsa da, həkimlər Atambayevə iki tərəfli sətəlcəm diaqnozu qoyub. Onun son günlərdə vəkilləri və yaxınları ilə görüşdüyü bildirilib.
Qeyd edək ki, Almazbek Atambayev bir neçə gün əvvəl korrupsiya və vəzifədən sui-istifadə maddəsi ilə 11 il 2 ay müddətinə həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top