“Azərsu”dan oğurluq edənlər SAXLANILDI

Bakıda oğurluğa cəhd edilib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə iyunun 28-i gecə saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Qəmbər Orucov “KamAZ” markalı yük maşını ilə, 1984-cü il təvəllüdlü Naməddin Abdullayev isə “Mercedes” markalı avtomobili ilə “Azərsu" ASC-yə məxsus işlək olmayan 75 metr uzunluğunda, 800 millimetrlik dəmir borularını oğurlayarkən Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top