Azərbaycanda da sürətlə yayılan koronafobiya nədir? - VİDEO

Son aylar psixoloqlara müraciətlərin sayı artıb.
Yeniavaz.com
 xezerxeber.az-a istinadla xəbər verir ki, şikayətlər isə daha çox koronavirusla bağlıdır.
Müraciət edənlərin çoxu valideynlərdir. Onlar övladları uzun müddət ev şəraitində qaldıqları üçün koronavirusla söhbətləşdiklərini, dalaşdıqlarını, hətta onu "balacaları ev həbsinə salan düşmən" adlandırdıqlarını deyirlər. Yaşı 60-dan yuxarı müraciət edənlər isə, nəinki ev, hətta yataq rejimindən çıxsalar bu virusa yaxalana biləcəklərindən ehtiyat edirlər.
Mütəxəssislər bunun gələcəkdə psixo-nevroza yol aça biləcəyini deyirlər.
İnsanların koronavirusa yoluxduqlarını zənn edərək bununla bağlı yaşadıqları psixoloji problemlər, koronafobiya, yəni yalançı sindrom hesab edilir.
Bunun qarşısını almaq üçün isə ilk növbədə evdə yeni məşğuliyyətlər tapmaq, pandemiyanın yayılma, yoluxma və ölüm statistikası xəbərlərindən uzaq durmaq məsləhət görülür.

 

DİGƏR XƏBƏRLƏR

Top