Miralem Pyaniçin “Barselona”ya keçidi rəsmiləşib


Bosniya və Herseqovina milisinin futbolçusu Miralem Pyaniçin İspaniyanın “Barselona” klubuna keçidi rəsmiləşib.

Bunu La Liqa təmsilçisi açıqlayıb.

İtaliyanın “Yuventus” klubundan keçən yarımmüdafiəçi üçün 60 milyon avro ödənilib. Bu vəsait bonuslar hesabına daha 5 milyon arta bilər. Pyaniç 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Bundan əvvəl isə Arturun əks istiqamətdə transferi rəsmiləşib. “Yuventus” “Barselona”nın braziliyalı yarımmüdafiəçisini 72 milyona transfer edib. Bu rəqəm daha 10 milyon arta bilər.//APA

DİGƏR XƏBƏRLƏR

Top