Bu ölkədə “TikTok” qadağan edildi

Hindistan hökuməti ölkədə Çinə aid bir sıra mobil tətbiqlərin istifadəsinə qadağa qoyub. 

Yeniavaz.com xəbər verir ki. qadağa ümumilikdə 59 mobil tətbiqi əhatə edir. Qadağa siyahısında “TikTok” sosial şəbəkəsinə, “UC  Browser” və “WeChat” messencerinin adı var. 

Hindistan hökuməti sözü gedən tətbiqlərin ölkənin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi üçün zərərli hesab edib.

Qeyd edək ki, qadağanın əsas səbəbi kimi Hindistan Çin arasında yaşanan gərginlik göstərilir. Xatırladaq ki, daha əvvəl hər iki ölkənin hərbçiləri arasında yaşanan qarşıdurma nəticəsində 20-dən çox hind əsgərininin bəzi mənbələrdə isə 40-dan çox Çin əsgərinin öldüyü və yaralandığı məlumatları yayılmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top