Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. 
Yeniavaz.com
xəbər verir ki, binanın birinci mərtəbəsinə bitişik tikiliyə yığılmış taxta materiallar yanıb. 
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.



***     17:52
Bakıda yaşayış binasında yanğın başlayıb. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi royanu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının  qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.  
Sakinlərə binanı tərk etmələri ilə bağlı çağırış edilib. 


 

DİGƏR XƏBƏRLƏR

Top