SMS-icazədə daha bir dəyişiklik: "Gündə 1 dəfə..." - RƏSMİ AÇIQLAMA

Son bir neçə gün ərzində sosial şəbəkələrdə “SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib.

Yeniavaz.com xəbər verir ki, “Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev bu barədə “qafqazinfo”ya açıqlama verib. O bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:

"Biz bu barədə vətəndaşlara dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və gündə bir dəfə istifadə etmək olar".

DİGƏR XƏBƏRLƏR

Top